Bank Of Baku

Gələn həftə Auditorlar Palatası Şurasının iclası keçiriləcək

Gələn həftə Auditorlar Palatası Şurasının iclası keçiriləcək
# 10 dekabr 2011 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu il dekabrın 14-də Azərbaycan Auditorlar Palatası Şurasının növbəti iclası keçiriləcək.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, iclasda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektorda Beynəlxalq Mühasibat Uçotu Standartlarına əlavə və dəyişikliklər barədə məlumatların əldə olunması və auditorlara çatdırılması, auditor xidməti ilə əlaqədar təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması məsələləri müzakirə ediləcək.

Həmçinin Şura tərəfindən sərbəst auditorların və auditor təşkilatlarının hesabatlarının elektron variantının qəbul olunmasının təşkili məsələsinin də müzakirəsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR