Bank Of Baku

«UniLeasing» şirkəti yeni baş ofisə köçür

«UniLeasing» şirkəti yeni baş ofisə köçür
# 12 dekabr 2011 07:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkəti gələn ilin yanvarından etibarən fəaliyyətini yeni baş ofisdə davam etdirəcək. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni ofisdə aparılan hazırlıq işləri bu ilin sonunda tamamlanacaq.

«UniLeasing»in İdarə Heyətinin sədri Zəki Sadıqovun sözlərinə görə, şirkətin yeni ofisə köçməsinin əsas səbəbi müştərilərə yüksək səviyyəli xidmətlərin göstərilməsini təmin etməkdir: «Artıq şirkətin 1 mindən çox müştərisi var və lizinq xidmətlərindən faydalanmaq istəyənləri artıq köhnə ofisdə yerləşdirmək qeyri-mümkündür. Şirkətə təşrif buyuranların böyük axını avtomobillərin dayanması üçün yerlərin çatışmazlığına, həmçinin növbələrin əmələ gəlməsinə gətirib çıxarır. Lakin yeni müasir üslubda tikilmiş 4 mərtəbəli, son texnologiyalarla təchiz edilmiş yeni ofis bura gələn hər bir kəsə yüksək səviyyədə lizinq xidmətlərini göstərməyə imkan verəcək».

Qeyd edək ki, yeni ofis Bakı şəhəri, Əhməd Rəcəbli-1 kücəsi,15 ünvanında yerləşir.

Xatırladaq ki, təsisçisi «UniBank» (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (33,33%) olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR