Bank Of Baku

AMB sədri Elman Rüstəmov: «Elə bir makroiqtisadi şərait yaratmalıyıq ki, faizlərin düşməsi bazar prinsipləri əsasında təmin olunsun»

AMB sədri Elman Rüstəmov: «Elə bir makroiqtisadi şərait yaratmalıyıq ki, faizlərin düşməsi bazar prinsipləri əsasında təmin olunsun»
# 12 dekabr 2011 09:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda gənclərin mənzil probleminin həll olunması üçün dövlət tərəfindən ayrılan vəsaitin həcmi əvvəlki illərlə müqayisədə artırılıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, hazırda kommersiya bankları da öz şərtləri əsasında kreditlər verir: «Bunun üçün biz əlavə vəsaitlər də axtarırıq».

AMB başçısı bildirib ki, Azərbaycan banklarında kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması işləri aparılır: «Biz yaxın vaxtlarda makroiqtisadi sabitliyin gücləndirilməsi və inflyasiyanın daha aşağı səviyyədə saxlanması ilə bağlı bəyanatımızı verəcəyik. Müştərilərlə münasibəti banklar özləri tənzimləyir. Heç kimin onlara təzyiq göstərməyə ixtiyarı yoxdur. Milli Bank faizlərin aşağı düşməsi ilə bağlı digər banklara təzyiq göstərə bilməz. Biz elə bir makroiqtisadi şərait yaratmalıyıq ki, faizlərin aşağı düşməsi avtomatik, bazar prinsipləri vasitəsi ilə təmin olunsun».

E.Rüstəmovun sözlərinə görə, ipoteka kreditləşməsinin təkmilləşdirilməsi istiqamətində də iş aparılır: «Ümid edirik ki, gələn illərdə bu sahədə konkret addımlar atılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR