Bank Of Baku

Barak Obama: “ABŞ iqtisadiyyatının bərpası üçün bir prezident kifayət etmir”

Barak Obama: “ABŞ iqtisadiyyatının bərpası üçün bir prezident kifayət etmir”
# 12 dekabr 2011 09:50 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ iqtisadiyyatında vəziyyətin stabilləşməsinin əlamətləri müşahidə olunsa da, onun bərpası üçün illər tələb olunur. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ABŞ prezidenti Barak Obama ABŞ telekanallarından birinə verdiyi və bu gün yayımlanacaq müsahibəsində bildirib.

Onun sözlərinə görə, son 20 ildə ölkə iqtisadiyyatında yaranmış problemlərin həlli üçün bir prezidentlik müddəti kifayət etmir: “Bu, heç bir prezidentin həll edə biləcəyi problemlər də deyil”.

B.Obama ABŞ iqtisadiyyatının vəziyyət barədə proqnoz verməyin onun vəzifəsi olmadığını da bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da işsizlik səviyyəsi 8,6% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR