Bank Of Baku

Azərbaycanda dollar və avronun orta aylıq məzənnəsi enib

Azərbaycanda dollar və avronun orta aylıq məzənnəsi enib
# 12 dekabr 2011 11:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dollarının manata qarşı orta aylıq məzənnəsi oktyabrda 0,7869 manata bərabər olub ki, bu da ötən ilin analoji göstəricisindən 1,8%, ilin əvvəlindən isə 1,5% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, avronun manata qarşı məzənnəsi oktyabrda 1,0786 manat təşkil edib ki, bu da ötən ilin oktyabrı ilə müqayisədə 3,1% az, ilin əvvəlindən isə 2,2% çoxdur:




Göründüyü kimi, bu iki valyutanın manata qarşı məzənnələrinin dinamikasında böyük fərq var. Belə ki, dolların orta aylıq məzənnəsi son bir ildə stabil enibsə, avronun məzənnəsində kəskin dəyişkənlik müşahidə olunub. Avronun bu dərəcədə dəyişkənliyi Avrozona iqtisadiyyatında son zamanlar böhrandan bərpa prosesinin borc böhranı ilə əvəzlənməsi və ümumilikdə qeyri-müəyyənliklə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR