Bank Of Baku

Bu il dünyanın inkişaf etmiş ölkələri 10 trln. dollardan çox borc alıblar

Bu il dünyanın inkişaf etmiş ölkələri 10 trln. dollardan çox borc alıblar
# 12 dekabr 2011 11:32 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın inkişaf etmiş ölkələri 2011-ci il ərzində 10,4 trln. dollar borc alıblar. “APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dekabrda çap olunacaq araşdırmasında bildirilir.

Gələn il ölkələrin və bazarların ciddi maliyyə sıxıntısı çəkəcəyini proqnozlaşdıran İƏİT inkişaf etmiş ölkələrin 10,5 trln. dollar borc alacağını ehtimal edir. Bu, 2007-ci il göstəricisindən 1 trln. dollar, 2005-ci il göstəricisindən isə 2 dəfə çoxdur.

İƏİT-in dövlət borcları departamentinin direktoru Hans Blommestein bildirib ki, ölkələrin dövlət borclarının artması riskləri proqnozlaşdırmağa imkan vermir, bu isə İtaliya və İspaniya kimi ölkələrdə özəl kapital bazarlarının tam bağlanmasına gətirib çıxara bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR