Bank Of Baku

«Meqa Sığorta» şirkəti bazara sığorta proqramı çıxarıb

«Meqa Sığorta» şirkəti bazara sığorta proqramı çıxarıb
# 12 dekabr 2011 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Meqa Sığorta» şirkəti avtomobil sığortası üzrə bazara «Avtoekonom» adlı yeni proqramını təqdim edib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni sığorta proqramı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin sığortası üçün nəzərdə tutulub, həmçinin bu məhsul minik avtomobilindən nisbətən az istifadə edən sürücülər üçün daha əlverişlidir.

Proqramın şərtlərinə əsasən, avtomobilini «Meqa Sığorta» şirkətində sığortalayan şəxslər proqramın şərtlərində nəzərdə tutulmuş yol limitini (ölçü vahidi - kilometr) keçmədiyi halda ikinci və növbəti illərdə sığortalanma zamanı tətbiq edilən güzəştlərdən yararlana bilərlər. Sürücü tətbiq edilmiş 20 min km yol limitini keçməzsə, tamamlanmamış yol limiti üzrə ikinci il qalıq məsafəyə mütənasib olaraq sığorta haqqından azad edilir.

«Məsələn, proqram çərçivəsində sığortalanan avtomobil il ərzində 12 min km yol qət etdikdə 8 min km qənaət etmiş olur. Müvafiq olaraq, ikinci il 20 min km nisbətinə güzəşt əldə edir. Belə ki, (20 000 12 000) × 100% / 20 000 = 40%. Nəticədə, sığortalanan avtomobil ikinci il üçün 40%-lik qənaət əldə edir».

Bundan başqa, hər sığortalanmış avtomobilə əlavə güzəşt də nəzərdə tutulub. Belə ki, sığortalının tətbiq edilmiş yol limitini keçib-keçməməsindən asılı olmayaraq sığorta müddəti ərzində sığorta hadisəsi törətmədiyinə görə müştəriyə əlavə 10% güzəşt edilir.

Bu sığorta proqramı üzrə müştərilər avtomobillərin kompleks sığorta proqramlarından (avtomobillərin Kasko sığortası, «Avtonəqliyyat vasitəsi sahiblərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası», «Sürücü və sərnişinlərin fərdi qəza sığortası») yararlana bilərlər.
Qeyd edək ki, «Avtoekonom» proqramı üzrə təminata avtonəqliyyat hadisəsi, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, atılmış və ya düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər daxildir.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 1998-ci ildən «Naxçıvan Sığorta» şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi «BE&G», 2010-cu ilin oktyabr ayından isə «Meqa Sığorta»ya dəyişdirilib. Şirkət müştərilərə 29 sığorta növü üzrə xidmət göstərir.

Cari ilin yanvar-oktyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 834 min manat, sığorta ödənişləri isə 36 min manat olub. Cari il dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR