Bank Of Baku

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi azalıb

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi azalıb
# 12 dekabr 2011 14:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2011-ci ilin oktyabr ayında 7,297 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayı ilə müqayisədə bu göstərici 1,858 mlrd. manat və ya 20,3% azalıb, ötən ilin oktyabr ayına nisbətən isə 877 mln. manat və ya 13,7% artıb.

Ödənişlərin sayına gəlincə, bu göstərici 1 min və ya 2,9% artaraq 36 minə çatıb. Eyni zamanda, ötən ilin oktyabrı ilə müqayisədə ödənişlərin sayında artım müşahidə olunub. Belə ki, ötən ilin oktyabr ayı ərzində AZIPS ilə aparılan ödənişlərin sayı 29 min olub.

Oktyabrda bir ödənişin ortalama həcmi 202,7 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 22,5%, ötən ilin oktyabr ayına nisbətən isə 8,4% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR