Bank Of Baku

Azərbaycanda işçilərini bədbəxt hadisələrdən sığortalayan təşkilatların sayı 21 minə çatıb

Azərbaycanda işçilərini bədbəxt hadisələrdən sığortalayan təşkilatların sayı 21 minə çatıb
# 12 dekabr 2011 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda öz işçilərini «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə sığortalayan şirkətlərin sayı 21 minə çatıb. Bunu «APA-Eonomics»ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov bildirib.

M.Məhərovun sözlərinə görə, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası haqqında» qanun tətbiq edildikdən indiyədək Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 4 minə yaxın müəssisə və təşkilata icbari sığorta olunma ilə bağlı icbari göstərişlər verilib. Verilən icbari göstərişlər nəticəsində hər hansı bir şirkət cərimə olunmayıb.

M.Məhərov həmçinin bildirib ki, bu sığorta növündən yayınmağa görə cərimələrin məbləği olduqca azdır: «Qeyd olunan sığorta növü üzrə işə götürən tərəfindən işçi sığortalanmadığı halda şirkət 1500-2000 məbləğində cərimə olunur. Bu isə cüzi bir məbləğdir. Ümid edirəm ki, gələcəkdə bu məbləğin dəfələrlə artırılması müəssisə və təşkilatların işçilərin sığortalanması məsələsində məsuliyyətini daha da artırar. Ümumiyyətlə, işçilərin bu sığorta növü üzrə sığortalanması barədə Xidmət tərəfindən əhali arasında müvafiq maarifləndirmə işləri aparılır və bu iş gələcəkdə davam etdiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR