Bank Of Baku

«Azərpoçt» MMC «MasterCard» ödəniş sisteminin prinsipal üzvü olub

«Azərpoçt» MMC «MasterCard» ödəniş sisteminin prinsipal üzvü olub
# 12 dekabr 2011 14:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzi tərəfindən xidmət olunan «Azərpoçt» MMC «MasterCard International» beynəlxalq kart təşkilatınsy prinsipal üzvü olub.

Prosessinq Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, artıq «Azərpoçt» MMC «MasterCard International» beynəlxalq kart təşkilatında kartların emissiyası, həmçinin «ATM ekvayrinqi» üzrə sertifikasiya layihələrinə başlayıb.

Bundan başqa, «MilliKart» tərəfindən xidmət olunan «Expressbank» ASC «MasterCard Intnational» beynəlxalq kart təşkilatında «MChip (çip) kartların emissiyası», həmçinin «MChip ATM ekvayrinqi» üzrə sertifikasiya layihələrinə başlayıb.

Həmçinin, «Dəmirbank» ASC-də «VISA International» beynəlxalq kart təşkilatında «VISA Platinum» və «VISA Business» kartları üzrə «VSDC (çip) kartların emissiyası»na dair sertifikasiya layihəsinə başlanılıb.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Hazırda Mərkəz tərəfindən 13 banka xidmət göstərilir. Həmin banklar tərəfindən 160 mindən artıq ödəniş kartı emissiya edilib, 300-dən artıq bankomat və 1600-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR