Bank Of Baku

ARDNŞ dövlət büdcəsinə ödədiyi vəsaitlərin həcmini iki dəfədən çox artırıb

ARDNŞ dövlət büdcəsinə ödədiyi vəsaitlərin həcmini iki dəfədən çox artırıb
# 12 dekabr 2011 15:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin noyabr ayında dövlət büdcəsinə 128,79 mln. manat vəsait ödəyib ki, bu göstərici 2010-cu ilin noyabr ayı ilə müqayisədə 16,833 mln. manat və ya 115% çox olub.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə 2011-ci ilin yanvar-noyabr aylarında büdcəyə 1,211 mlrd. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 139,324 mln. manat və ya 113% çoxdur.

Bundan başqa, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,178 mln. manat vəsait köçürüb. Cari ilin yanvar-noyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 128,833 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,745 mln. manat və ya 103,8% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR