Bank Of Baku

«Unibank» yeni istiqraz emissiyasına hazırlaşır

«Unibank» yeni istiqraz emissiyasına hazırlaşır
# 13 dekabr 2011 07:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Unibank» ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 50 min manat, sayı 400 ədəd, emissiyanın ümumi həcmi isə 20 mln. manat təşkil edir. İstiqrazların tədavül müddəti 1 080 gün, faizlərin ödəniş dövrü 90 gün, gəlirlilik isə illik 11% təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edəcək.

Qeyd edək ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR