Bank Of Baku

Yunanların İsveçrə banklarındakı əmanətləri vergiyə cəlb olunacaq

Yunanların İsveçrə banklarındakı əmanətləri vergiyə cəlb olunacaq
# 13 dekabr 2011 07:54 (UTC +04:00)
APA-Economics”in “Associated Press”ə xəbərinə görə, bu barədə Yunanıstanın maliyyə naziri Yevangelos Venizelos Afinada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kim pulunu ölkəyə qaytara bilirsə, qaytarmalıdır: “Bundan ötrü hökumətdən məsləhət almağa ehtiyac yoxdur. Hər kəs özünə hesabat verməlidir”.

Qeyd edək ki, İsveçrə analoji sazişləri Almaniya və Böyük Britaniya ilə imzalayıb. Nəzərdən keçirilən məsələ isə İsveçrə banklarına qoyulan əmanətlərin əsas kapitalına (faizlərinə yox) 50%-ə qədər birdəfəlik verginin tətbiq olunmasıdır.

Ehtimal olunur ki, İsveçrə hökuməti bank sirri ilə əlaqədar Afinaya əmanətçilərin adlarını açıqlamayacaq, özü əmanətlərdən vergi tutaraq Yunanıstana köçürəcək. Yunanların İsveçrədəki depozitləri 30-35 mlrd. avro həcmində qiymətləndirilir.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR