Bank Of Baku

«Bank of Baku»nun «Bolkart»larının istifadəçilərinin sayı 2 500-ü keçib

«Bank of Baku»nun «Bolkart»larının istifadəçilərinin sayı 2 500-ü keçib
# 13 dekabr 2011 09:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin bir sıra ticarət obyektləri və restoranlarda ödənişin aparılması üçün müştərilərə istifadəyə verdiyi yeni «Bolkart»ın istifadəçilərinin sayı iki ay ərzində 2 500-ü keçib və bu günə Bakı şəhərində «Bolkart» klubuna daxil olan ticarət obyektlərində artıq 1 600-dən çox əməliyyat həyata keçirilib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu günə ”Bolkart”la əməkdaşlıq edən ticarət obyektlərinin sayı 100-ə yaxındır və növbəti 2 ay ərzində ticarət obyektlərinin sayını 150-ə qədər artırılması nəzərdə tutulur.

Bundan əlavə, «Bolkart» vasitəsilə ödəniş sisteminin təkmilləşdirilməsi məqsədilə «Bank of Baku»nun kartının istifadə arealını genişləndirərək paralel olaraq bəzi ticarət obyektlərində qiymətlərdə olan fərqlərin tamamilə götürülməsi və ya azaldılması haqqında danışıqlar aparır.

Xatırladaq ki, «Bolkart» pulsuz, bərpa olunan limitli, üstünlükləri bol, müddəti 3 ilə qədər olan kredit kartıdır. «Bolkart»ı bankla partnyor olan geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, o cümlədən restoran və digər ticarət obyektlərində istifadə etmək mümkündür.

«Bolkart»ın əsas üstünlüklərindən biri həmin kartla əksər ticarət obyektlərində öz qiymətinə alış veriş edib, alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək imkanının olmasıdır. Qeyd edək ki, ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrlə istifadə oluna bilir.

«Bolkart»dan istifadəsi bir neçə üsulla mümkündür. Bunlar «Əlavə xərcsiz 1 aya ödə» yazısı olan ticarət obyektlərində «Bolkart»dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini növbəti ayın 10-dək ödənilməsi, «Əlavə xərcsiz 6 aya ödə» yazısı olan ticarət obyektlərində «Bolkart»dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 6 ay ərzində (hər ayın 10-dək) ödənilməsi və «Əlavə xərcsiz 12 aya ödə» yazısı olan ticarət obyektlərində «Bolkart»dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 12 ay ərzində (hər ayın 10-dək) ödənilməsidir.

«Bolkart»ı əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışı (bəzi partnyor təşkilatların əməkdaşlarından arayış tələb edilmir, ətraflı məlumatı 145 məlumat mərkəzindən, www.bankofbaku.comwww.bankofbaku.com internet səhifələrindən əldə etmək olar) təqdim etmək kifayətdir. Qeyd edək ki, kredit tarixçəsi 6 aydan çox olan müştərilər aktiv krediti ilə yanaşı «Bolkart»ı da paralel kredit kimi ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR