Bank Of Baku

ABŞ konqresmenləri və senatorları İran Mərkəzi Bankına sanksiyalar tətbiq edilməsinə razılaşıblar

ABŞ konqresmenləri və senatorları İran Mərkəzi Bankına sanksiyalar tətbiq edilməsinə razılaşıblar
# 13 dekabr 2011 12:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ Konqresi və Senatının üzvləri İran Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edilməsi məsələsində razılığa gəliblər.

APA-nın məlumatına görə, hər iki qurumun üzvləri müzakirələrdən sonra gələn həftə bu layihənin təsdiqlənəcəyinə ümid etdiklərini açıqlayıblar.

Demokrat senator Karl Loyn bildirib ki, bu layihə ilə əvvəlkinin 96% oxşarlığı var: “Bu layihəyə əsasən, İran Mərkəzi Bankı ilə əməkdaşlıq edən və ölkənin nüvə proqramının inkişaf etdirilməsində şübhəli bilinən yerli şirkət və institutlara ABŞ hökuməti tərəfindən sanksiya tətbiq olunacaq. Ancaq layihə İran Mərkəzi Bankı ilə əməkdaşlıq edən xarici şirkətlərə şamil olunmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR