Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıq və xidmətlərin idxalını əks etdirir. Yekun nəticədə 2011-ci ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 20,4 mlrd. dollar olub.
Hesabat dövründə cari əməliyyatlar hesabında 14,4 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 20,2 mlrd. dollar olub. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5,8 mlrd. dollarlıq kəsirini tam örtüb.
Tədiyyə balansının əsas göstəriciləri
(mln. dollar)
| 2010-cu il, 9 ay | 2011-ci il, 9 ay |
I.Cari əməliyyatlar
| 11 977,1
- 3 673,0
8 304,1 | 14 424,0
- 3 990,6
7 549,9 |
Təhlil olunan dövr ərzində xarici ticarət dövriyyəsi 34,1 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 19,6 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycan 148-dək ölkə ilə ticarət əməliyyatları aparıb. Xarici ticarətin 13%-i MDB ölkələri, 87%-i isə uzaq xaricin dövlətlərinin payına düşüb.
Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 26,8 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 95,8% olub. Xarici dövlətlərə 24,7 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft
məhsullarının 1,3 mlrd. dolları neft emalı məhsulları, 23,4 mlrd. dolları isə xam neftin ixracının payına düşüb. İxrac olunmuş xam neftin 22,3 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 1,1 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 71,6 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 1 055,4 mln. dolları isə ARDNŞ-in payına düşür.
Qeyd edək ki, 2011-ci ilin yanvar-sentyabr aylarında ölkənin qeyri-neft ixracı 14,8% artaraq 1 118,7 mln. dollara çatıb.
(mln. dollar)
İxracın strukturu | ||
| 2010-cu il, 9 ay | 2011-ci il, 9 ay |
Yanacaq-xammal məhsulları | 19 301,1 | 26 139,7 |
- neft-qaz məhsulları | 19 105,6 | 25 713,2 |
-digər xammal | 195,5 | 426,5 |
Maşın və avadanlıq | 287,2 | 132,1 |
İstehlak malları | 479,3 | 530,9 |
Digər mallar | 12,6 | 29,2 |
İxrac cəmi | 20 080,2 | 26 831,9 |
Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 7,2 mlrd. dollar təşkil edib. İstehlak mallarının idxalının ümumi dəyəri 2 752,2 mln. dollar olub ki, bunun da 909,1 mln. dolları ərzaq məhsullarının payına düşür.
(mln. dollar)
İdxalın strukturu | ||
| 2010-cu il, 9 ay | 2011-ci il, 9 ay |
İstehlak malları | 2 105,2 | 2 752,2 |
- ərzaq məhsulları | 727,2 | 909,1 |
- qeyri-ərzaq məhsulları | 1 378,0 | 1 843,1 |
İnvestisiya yönümlü mallar | 477,3 | 608,8 |
Digər mallar | 2 080,1 | 3 866,7 |
İdxal cəmi | 4 662,5 | 7 227,7 |
Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 8,4% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın və avadanlıqların və bunun 88,1%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilən mallar təşkil edib. Bundan başqa, ölkəyə ümumi məbləği 3 866,7 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıqlar, kimya, qara və əlvan metal məhsulları da gətirilib.