Bank Of Baku

Azərbaycana cəlb olunmuş xarici kapitalın həcmi 2% artıb

Azərbaycana cəlb olunmuş xarici kapitalın həcmi 2% artıb
# 13 dekabr 2011 13:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci il yanvar-sentyabr aylarının yekunları üzrə tədiyyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi məbləği 5,8 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 2,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyalar və xarici kreditlər hesabına formalaşıb:

(mln. dollar)

Cəlb olunan xarici kapitalın strukturu

 

2010-ci il, 9 ay

2011-ci il, 9 ay

Birbaşa investisiyalar

2 271,9

3 108,3

- neft-qaz sektoru

1 754,7

2 422,3

- digər sektorlar

517,2

686,0

Kreditlər və digər investisiyalar

3 416,2

2 683,2

- dövlət təminatlı kreditlər

499,1

744,4

- dövlət təminatlı olmayan kreditlər

1 887,6

1 501,1

-- neft-qaz sektoru

358,4

405,2

-- banklar

1 336,2

623,9

-- digərləri

193,0

472,0

- digər investisiyalar

1 029,5

437,7

CƏMİ

5 688,1

5 811,5



Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3,1 mlrd. dollar olub. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77,9% təşkil edir. Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin həcmi 21,5% azalıb, onların xarici kapitalın strukturunda xüsusi çəkisi isə 13,8 faiz bəndi azalaraq 46,2% təşkil edib. Cədvəldən göründüyü kimi, azalma əsasən banklar tərəfindən cəlb edilmiş kreditlər və digər investisiyalar hesabına baş verib və burada azalma 2,1 dəfə olub.

Tədiyyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 1 512,6 mln. dollar miqdarında vəsait geri qaytarılıb. Qaytarılmış kreditlərin 48%-i (726,0 mln. dollar) bank sistemi, 12%-i (180,7 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlər, 19,5%-i (295,5 mln. dollar) neft-qaz sektoru, 20,5%-i (310,4 mln. dollar) isə digər müəssisələr və firmaların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR