Bank Of Baku

Maliyyə Nazirliyi sığortaçılar üçün keçirdiyi növbəti test imtahanın nəticəsini açıqlayıb

Maliyyə Nazirliyi sığortaçılar üçün keçirdiyi növbəti test imtahanın nəticəsini açıqlayıb
# 13 dekabr 2011 13:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçılar üçün keçirdiyi növbəti test imtahanın nəticəsini açıqlayıb.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, test imtahanında iştirak etmiş 11 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən yuxarıda qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 11 iştirakçı imtahandan müvəffəqiyyətlə keçib.

Qeyd edək ki, test imtahanında iştirak edənlərin 6-sı yeni yaradılmış «Royal Sığorta», iki nəfər «Paşa Sığorta» ASC, bir nəfər «Azərqarant», bir nəfər «Çartis Azərbaycan», bir nəfər isə «İpək Yolu Sığorta» şirkətində müxtəlif vəzifələrə iddialı olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR