Bank Of Baku

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 38% artıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 38% artıb
# 13 dekabr 2011 13:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmalar və ödənişlərin ümumi dövriyyəsi 5 028,2 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 4 365,8 mln. dolları və ya 86,8%-i Azərbaycandan ödənişlər, 662,4 mln. dolları və ya 13,2%-i ölkəyə gəlirlərlə bağlı olan daxilolmaların payına düşüb.

Beləliklə, 2011-ci ilin ilk 9 ayında gəlirlər üzrə tədiyyə balansında 3 703,4 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da əvvəlki ilə nisbətən 37,9% çoxdur. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan olan ödənişlər ölkəyə daxil olan ödənişləri 6,6 dəfə üstələyib.

Azərbaycandan aparılan ödənişlərin əsas hissəsini (3 558,6 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (102,6 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (157,4 mln. dollar) təşkil edir.

Gəlirlər üzrə mənfi saldonun 3 614,8 mln. dolları və ya 97,6%-i neft-qaz sektoru, 88,6 mln. manatı və ya 2,4%-i isə digər sahələrin payına düşür. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 122 dəfə üstələyir (ödənişlər 3 644,6 mln. dollar, daxilolmalar 29,8 mln. dollar olub). Digər sahələr üzrə həmin nisbət 1,1 dəfədir (ödənişlər 721,2 mln. manat, daxilolmalar 632,6 mln. manat təşkil edib).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR