Bank Of Baku

Vergilər Nazirliyi 11 ayda büdcəyə 5,1 mlrd. manat ödəyib

Vergilər Nazirliyi 11 ayda büdcəyə 5,1 mlrd. manat ödəyib
# 13 dekabr 2011 15:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 mlrd. 134,7 mln. manat təşkil edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi daxilolmalarının 42,8%-i mənfəət vergisinin, 23,5%-i əlavə dəyər vergisinin, 12,2%-i fiziki şəxslərin gəlir vergisinin, 7,8%-i aksizlərin, 13,7%-i isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 mlrd. 652,9 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23% çoxdur.

Hesabat dövründə respublika üzrə 63 021 vergi ödəyicisi qeydiyyatdan keçib. Bu ilin 1 iyul tarixindən 1 dekabr tarixinədək elektron qaydada qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı isə 8 181 nəfərdir. 1 dekabr 2011-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 416 772 olub. 2011-ci ilin 11 ayı ərzində respublika üzrə bəyannamələrin 88,5%-i elektron şəkildə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR