Bank Of Baku

«Xalq Bank» nizamnamə kapitalını 70% artırır

«Xalq Bank» nizamnamə kapitalını 70% artırır
# 14 dekabr 2011 07:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Xalq Bank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 38,70 manat, sayı 1 488 300 ədəd, emissiyanın ümumi həcmi isə 57 597 210 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Xalq Bank»ın artıq dekabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 69,5% artaraq 140,492 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «ADB Broker» MMC çıxış edir.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari il oktyabrın 1-nə bankın aktivləri 700,684 mln. manat, kredit portfeli 532,012 mln. manat, depozit portfeli 482,148 mln. manat, məcmu kapitalı 90,342 mln. manat, o cümlədən nizamnamə kapitalı 82,895 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR