Bank Of Baku

BVF: “Yunanıstanın struktur islahatları proqramı özünü doğrultmayıb”

BVF: “Yunanıstanın struktur islahatları proqramı özünü doğrultmayıb”
# 14 dekabr 2011 07:59 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan vergilərin artırılması üzrə maksimum həddə çatıb və sərt qənaət proqramının istiqamətini dövlət xərclərinin ixtisarına dəyişdirməlidir. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yunanıstandakı missiyasının rəhbəri Pol Tomsen bildirib.

“Mənə elə gəlir ki, 2011-ci ildə biz anti-böhran proqramının vergilərin artırılması kimi potensialını xərcləyib qurtardıq. Bundan sonrakı addımları büdcənin xərclər maddələri üzərində təmərküzləşdirmək lazımdır” - deyə P.Tomsen qeyd edib.

Onun fikrincə, vergilərin artırılmasına baxmayaraq, Yunanıstanın struktur islahatları proqramı özünü doğrultmayıb: “Amma 2012-ci il üçün yeni sərt qənaət tədbirləri paketi qəbul etməkdən danışmaq hələ tezdir”.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR