Bank Of Baku

«Kapital Bank» beynəlxalq mükafata layiq görülüb

«Kapital Bank» beynəlxalq mükafata layiq görülüb
# 14 dekabr 2011 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC Böyük Britaniyada fəaliyyət göstərən Avropa Biznes Assambleyasının yüksək mükafatına layiq görülüb.

«Kapital Bank»dan «APA-Economics»ə verilən məlumata görə, bank 2011-ci il üzrə «Ən yaxşı şirkət» nominasiyasının qalibi elan edilib. «Kapital Bank»ın İdarə Heyətinin sədri Elmar Məmmədov isə Avropa Biznes Assambleyası tərəfindən «İlin top meneceri» seçilib.

Dekabrın 10-13-də Oksfordda (Böyük Britaniya) təşkil edilən Oksford Liderlər Sammiti çərçivəsində mükafatın təqdimetmə mərasimi keçirilib. Tədbirə Şərqi və Mərkəzi Avropa, Baltikyanı ölkələr, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu təmsil edən 100-dən artıq aparıcı şirkətin rəhbərləri qatılıb.

Avropa Biznes Assambleyasının bu seçimi «Kapital Bank»ın fəaliyyəti ilə bağlı statistik göstəricilərə, reytinq və PR agentliklərinin nəticələrinə əsaslanır. Assambleya hər il Avropada sürətlə inkişaf edən effektiv şirkətlərin və biznes fəaliyyətində uğur qazanmış iş adamlarının adlarını müəyyənləşdirir. Qurumun əsas məqsədi postsovet ölkələrində iqtisadi və demokratik islahatlar proqramlarının dəstəklənməsi, Avropa məkanında onların nüfuzunun yüksəldilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR