Bank Of Baku

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu 34% artıb

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu 34% artıb
# 14 dekabr 2011 10:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2011-ci ilin yanvar-sentyabr ayları ərzində 2 257,5 mln. ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 1 394,7 mln. dolları və ya 61,8%-i ölkəyə daxilolmalar, 862,8 mln. manatı və ya 38,2%-i isə ölkədən transfertlərin payına düşüb.

Cari transfertlər üzrə ümumi daxilolmaların 95%-ni xarici ölkələrdən fiziki şəxslərə göndərilən pul baratları, 1,5%-ni ölkəyə gətirilən humanitar mallar, 3,5%-ni isə digər daxilolmalar təşkil edib.

Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 531,9 mln. dollar təşkil edib ki, bu da ötən ilin 9 ayına nisbətən 34% çoxdur. Qeyd edək ki, ölkəyə daxil olan transfertlərin həcmi 37%, ölkədən həyata keçirilən transfertlər isə 39% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR