Bank Of Baku

«Kapital Bank» daha bir pulköçürmə sisteminə qoşulub

«Kapital Bank» daha bir pulköçürmə sisteminə qoşulub
# 14 dekabr 2011 10:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC «Zolotaya Korona» beynəlxalq pulköçürmə sistemi üzrə də xidmətlərə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, indi hesab açmadan «Kapital Bank»ın bütün filiallarında Türkiyə, Rusiya, Çin, Belarus, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və bir sıra digər ölkələrə «Zolotaya Korona» sistemi vasitəsilə pul köçürmələri həyata keçirmək mümkündür.

Hər köçürmə üçün komisyon haqqı köçürmə məbləğinin cəmi 1,5%-ni təşkil edir. Komisyon haqqı yalnız pulu göndərən şəxsdən tutulur. Köçürmə cəmi bir neçə dəqiqə ərzində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR