Bank Of Baku

Azərbaycanda illik inflyasiya 8%-ə düşüb

Azərbaycanda illik inflyasiya 8%-ə düşüb
# 14 dekabr 2011 12:03 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayına nisbətən noyabrda ərzaq məhsullarının qiymətləri 1,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, xidmət tarifləri isə 0,1% bahalaşıb.

«Cari ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə inflyasiyanın səviyyəsi 8% təşkil edib. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 10,7%, qeyri-ərzaq mallarının qiymətləri 2,7%, xidmət tarifləri isə 4,7% bahalaşıb», - deyə Komitədən bildirilib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 8,3% olub.

Qeyd edək ki, Azərbaycan hökuməti 2011-ci ildə inflyasiyanın 8% təşkil edəcəyini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR