Bank Of Baku

Azərbaycanda fond bazarında risklərin qiymətləndirilməsi ilə bağlı seminar keçiriləcək

Azərbaycanda fond bazarında risklərin qiymətləndirilməsi ilə bağlı seminar keçiriləcək
# 14 dekabr 2011 12:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşəbbüsü ilə Avropa Birliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə layihəsi olan «Sigma» yardım aləti üzrə baş məsləhətçisi Klas Klaas və britaniyalı mütəxəssis Noel Hepvortun QKDK-ya səfər edəcəklər.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində mütəxəssislər tərəfindən «Risklərin qiymətləndirilməsi və idarə edilməsi - beynəlxalq təcrübə» mövzusunda seminar keçiriləcək. İki gün davam edəcək seminarda QKDK-nın struktur bölmələrinin rəhbərləri və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları iştirak edəcəklər.

Həmçinin, QKDK-da daxili nəzarət və risklərin idarə edilməsi sahəsində beynəlxalq təcrübənin istifadə olunması məqsədilə Komitənin daxili nəzarət sektoru tərəfindən hazırlanmış «Risklərin qiymətləndirilməsi metodologiyası» qeyd olunan mütəxəssislərlə müzakirə olunacaq.

Qeyd edək ki, Avropa Birliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının birgə layihəsi olan «Sigma» yardım alətinin məqsədi Avropa Birliyinə üzv olan dövlətlərə, üzv olmaq üçün potensial namizədlərə və Avropa Qonşuluq Siyasətinə daxil olan ölkələrə dövlət idarəçiliyi və idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR