Bank Of Baku

Azərbaycanın xidmətlər balansının mənfi saldosu 1,7 dəfə artıb

Azərbaycanın xidmətlər balansının mənfi saldosu 1,7 dəfə artıb
# 14 dekabr 2011 13:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında əks etdirilən xarici dövlətlərlə iqtisadi əlaqələrdə qarşılıqlı xidmətlərin ümumi həcmi 5 799,6 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 3 904,2 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 895,4 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərin payına düşür. Nəticədə, xidmətlər balansının saldosu mənfi 2 008,7 mln. dollar olub ki, bu da ötən ilin ilk 9 ayına nisbətən 74,4% çoxdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 21,2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1 231,2 mln. dollar olan nəqliyyat xidmətlərinin 53,2%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 576,7 mln. dollar təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə mənfi saldo 77,9 mln. dollara bərabər olub.

Ötən dövr ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 832,8 mln. dollar məbləğində olub. Öz növbəsində xarici ölkələrdə Azərbaycan rezidentlərinə göstərilən turizm xidmətlərinin dəyəri 1 151,3 mln. dollar təşkil edib. Nəticədə, turizm xidmətləri üzrə 318,5 mln. dollar həcmində mənfi saldo yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR