Bank Of Baku

«Unibank» yeni kreditləşmə aksiyası keçirir

«Unibank» yeni kreditləşmə aksiyası keçirir
# 14 dekabr 2011 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC sahibkarlar və korporativ müştərilər üçün «Faizlər hədiyyə» adlı yeni il aksiya keçirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, ilk ayda müştərilər tərəfindən ödənilməyəcək faizlər hesabına biznes kreditlərinin dəyəri aşağı endirilib. Bütün kredit proqramları üzrə 2011-ci il dekabrın 1-dən 2012-ci il yanvarın 31-dək müraciət edən sahibkarlar və korporativ müştərilər üçün kreditin cəlb olunduğu ilk ay ərzində faiz hesablanmayacaq.

Aksiyanın şərtləri biznes kreditlərinin bütün növlərinə, o cümlədən dövriyyə vəsaitlərinin artırılması, əsas vəsaitlərin əldə olunması, malların alınması, xidmətlərin ödənilməsi, vacib sövdələşmələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cəlb olunan vəsaitlərə şamil edilir. Biznes kreditlər üzrə hər hansı digər məsrəfləri nəzərdə tutan əlavə komissiya haqları və ya proseduralar nəzərdə tutulmayıb. Bu zaman «Unibank» tərəfindən tətbiq olunan illik faiz dərəcəsi 18%-dən başlanır, kreditləşmə müddəti 1-4 il, kreditlərin məbləği isə 20-500 min manat ola bilər.

Xatırladaq ki, səhmdarları 11 fiziki şəxs (76,52%), AYİB (15,15%) və DEG Almaniya İnvestisiya Şirkəti (8,33%) olan «Unibank» 1992-ci ildən fəaliyyət göstərir. Cari il dekabrın 1-nə bankın aktivləri 422,25 mln. manat, kredit portfeli 309,4 mln. manat olub. Cari ilin yanvar-noyabr aylarında bankın mənfəəti 4,4 mln. manata çatıb.

Bank 24 filial və şöbə vasitəsilə Bakı və Sumqayıt şəhərlərində, habelə ölkənin daha altı bölgəsində 172 mindən çox müştəriyə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR