Bank Of Baku

«Texnikabank»ın aktivləri son bir ildə 30% artıb

«Texnikabank»ın aktivləri son bir ildə 30% artıb
# 14 dekabr 2011 13:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2011-ci il dekabrın 1-nə 633,123 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin dekabrın 1-nə olan göstərici ilə müqayisədə 30% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 39% genişlənərək 331,184 mln. manata, kredit portfeli 18% artaraq 435,470 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 32% artaraq 36,651 mln. manata çatıb.

Bununla yanaşı, bankın məcmu kapitalı 56% artaraq 102,192 mln. manat, o cümlədən nizamnamə kapitalı 21% artaraq 64,755 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 1,5% azalaraq 56,606 mln. manat, xərcləri isə 2,5% artaraq 49,415 mln. manat olub. Nəticədə, bankın 11 aylıq mənfəəti 7,191 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı, 97 bankomatı, 1 171 POS-terminalı və 719 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR