Bank Of Baku

«AtaSığorta» şirkəti gələn il üçün əsas proqnozlarını açıqlayıb

«AtaSığorta» şirkəti gələn il üçün əsas proqnozlarını açıqlayıb
# 14 dekabr 2011 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkəti ümumi daxilolmalarının 2012-ci il ərzində təxminən 2,2 dəfə artaraq 10 mln. manata çatacağını proqnozlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Tamirlan Hacıyev bildirib.

T.Hacıyevin sözlərinə görə, gələn ilki planlara həmçinin şirkətin nizamnamə kapitalının iki dəfə artırılaraq 10 mln. manata çatdırılması daxildir: «Hazırda şirkətin 15 minə yaxın müştərisi var. Gələn il ərzində şirkətin müştəri bazasının da 2 dəfə artaraq 30 minə çatdırılması planlaşdırılır».

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Cari il dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edib. Şirkət 22 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR