Bank Of Baku

BVF İrlandiyaya 3,9 mlrd. avro kredit ayırıb

BVF İrlandiyaya 3,9 mlrd. avro kredit ayırıb
# 15 dekabr 2011 08:03 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) İrlandiyaya 3,9 mlrd. avro maliyyə yardımı ayırmaq qərarına gəlib. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə BVF açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bu vəsait ölkəyə 85 mlrd. avro yardım göstərilməsi barədə İrlandiyanın avropalı tərəfdaşları tərəfindən bəyənilmiş maliyyə yardımı paketi çərçivəsində ayrılıb.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Nəticədə İrlandiya bankları iflas olmaq təhlükəsi ilə üzləşib. Hökumət bankları dəstəkləmək üçün dövlət borclanmasının həcmini artırıb ki, bu da ölkənin dövlət borcunun artmasına gətirib çıxarıb. Bu ilin dekabr ayınadək İrlandiya BVF-dən 13 mlrd. avro kredit alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR