Bank Of Baku

«Parabank» tələbələr üçün seminarlar keçirəcək

«Parabank» tələbələr üçün seminarlar keçirəcək
# 15 dekabr 2011 09:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA Economics. “Parabank” ASC Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Resurs Kompleksinin təşkilati dəstəyi ilə ali məktəblərin tələbələri üçün 2012-ci ildə keçiriləcək maarifləndirmə seminarları haqqında konfrans keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, konfransda 10 ali məktəblərdən 46 tələbə iştirak edib.

Konfransın məqsədi keçiriləcək seminarlar və habelə «Parabank» haqqında qısa məlumat vermək, layihənin ümumi məqsədlərini açıqlamaq, tələbələrin fikir və təkliflərini dinləməkdən ibarətdir. Seminarların keçirilməsi 2012-ci ilin fevral ayından etibarən planlaşdırılır.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR