Bank Of Baku

Azərbaycanda iqtisadi islahatlarla bağlı təkliflərin qəbulu üzrə müsabiqə keçirilir

Azərbaycanda iqtisadi islahatlarla bağlı təkliflərin qəbulu üzrə müsabiqə keçirilir
# 15 dekabr 2011 10:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, təkliflər bir neçə istiqaməti əhatə edir. Bura orta və uzunmüddətli proqramların və normativ sənədlərin hazırlanması, analitik təhlil və tövsiyələrin hazırlanması və kompüter-texniki bazanın yaradılması aiddir.
Müsabiqə çərçivəsində hazırlanacaq proqram layihələri və normativ sənədlər iqtisadiyyatda struktur dəyişiklikləri və idarəetmə strukturunun təkmilləşdirilməsinə, sənayedə struktur dəyişikliklərinin aparılmasına, maliyyə-bank, vergi və gömrük sisteminin təkmilləşdirilməsi, yanacaq-energetika və aqrar-sənaye komplekslərinin inkişaf etdirilməsinə aid olacaq. Eləcə də ölkədə investisiya prosesinin fəallaşdırılması, təsərrüfat fəaliyyətinin yeni formalarının tətbiqi və inkişaf etdirilməsi, təbii inhisar fəaliyyətinin tənzimlənməsi barədə təkliflər də qəbul olunacaq. Müsabiqə çərçivəsində iqtisadiyyatın sosial sahələrində - əməyin ödənilməsi, pensiya təminatı və şəxsi sığorta, mənzil-kommunal təsərrüfatı sistemində, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində islahatların aparılması və s. barədə təkliflər, eləcə də iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı təhlillər və tövsiyələr qəbul olunacaq.

Təqdim olunan layihələrdə göstərilən təkliflərin icrası ilə bağlı qanunvericilik aktları - qanunlar, prezidentin fərman və sərəncamları, digər normativ-hüquqi aktların layihələri də hazırlanmalıdır.

Müsabiqənin şərtlərinə görə, təqdim olunan layihələrin dəyəri 50 min manatı keçməməli, icra müddəti isə bir ildən artıq olmamaqla 2012-ci ilin dekabrını keçməməlidir.

Müsabiqədə iştirak etməkdə maraqlı olanlar təkliflərini (sifarişlərini) texniki tapşırıq formasında 2011-ci il dekabrın 30-dək Nazirliyə təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR