Bank Of Baku

«Meqa Sığorta» şirkətinin daxilolmaları son bir ildə 3 dəfədən çox artıb

«Meqa Sığorta» şirkətinin daxilolmaları son bir ildə 3 dəfədən çox artıb
# 15 dekabr 2011 10:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Meqa Sığorta» şirkətinin 2011-ci ilin yanvar-noyabr aylarında topladığı sığorta haqlarının həcmi 965,180 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ən çox sığorta haqqı «Fərdi qəza və xəstəliklər sığortası» (368,616 min manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (342,664 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (39,897 min manat) növləri üzrə toplanılıb.

Tədqiqat aparılan dövr ərzində şirkətin sığorta hadisələri üzrə ödənişləri 3,6 dəfə azalaraq 60,741 min manat olub. Şirkət bu dövrdə ən çox ödənişi «Avtonəqliyyat vasitələrinin sığortası» (29,647 min manat) və «Fərdi qəza və xəstəliklər sığortası» (22,8 min manat) növləri üzrə həyata keçirib.

Qeyd edək ki, bu dövr ərzində könüllü sığorta növləri üzrə 959,834 min manat, icbari sığorta növləri üzrə isə 5,274 min manat sığorta haqqı toplanılıb. Ödənişlərin isə 60,230 min manatı könüllü, 510 manat isə icbari sığorta növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR