Bank Of Baku

«Fitch Ratings» Azərbaycan Beynəlxalq Bankının reytinqini yeniləyib

«Fitch Ratings» Azərbaycan Beynəlxalq Bankının reytinqini yeniləyib
# 15 dekabr 2011 11:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli reytinqini «BBB-» səviyyəsindən «BB+» səviyyəsinə qədər endirib. «APA-Economics»in məlumatına görə, bu barədə Agentliyin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, Bankın bütün reytinqləri «Rating Watch» siyahısında «Neqativ» bölmədə yerləşdirilib. Reytinqin endirilməsi ilk növbədə Bankın təkrar kapitallaşmasının ləngiməsi ilə bağlıdır. Eyni zamanda Agentlikdə gözləyirlər ki, ölkə hökuməti banka dəstək verəcək. Bununla belə, reytinqlərin «Rating Watch» siyahısına «Neqativ» kimi daxil edilməsi təkrar kapitallaşmanın daha da ləngidilməsi təqdirində reytinqlərin yenidən endirilməsi ehtimallarını əks etdirir.

Agentliyin məlumatına görə, ölkə hökuməti bir müddət əvvəl Bankın təkrar kapitallaşması ilə bağlı qərar qəbul edib. Bununla belə Agentlik vurğulayır ki, birincisi, təkrar kapitallaşma subordinasiya krediti hesabına həyata keçiriləcək, ikincisi, səhmdar kapitalın əlavə edilməsi də nəzərdə tutulur ki, bu da mərhələli və minoritar səhmdarların mütənasib miqdarda öz paylarını artırmaq imkanlarından asılı olan prosesdir.

Mərkəzi Bank bu ilin sonuna kimi ABB-yə subordinasiya krediti ayırmağa hazırdır. Bu vəsaitlərin 2012-ci il yanvarın 15-dək əldə olunması kovenantlara riayət etməməsinə dair icazələr qüvvədən düşəcək və Bankın kreditorları öhdəliklərin təxminən 8%-ə bərabər olan miqdarda fondların qaytarılmasını tələb edə biləcək.

Agentliyin məlumatında bildirilir ki, ABB-nin ölkənin bank sistemində dominant roluna malik olması, onun əhəmiyyəti və dövlət siyasətində rolu nəzərə alınır. Həmçinin bəyan olunur ki, təkrar kapitallaşma planları yerinə yetirilərsə Bankın reytinqi təsdiq olunacaq, bu prosesin ləngiməsi isə reytinqə yenidən mənfi təsir göstərə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR