Bank Of Baku

Azərbaycanın dövlət büdcəsinin profisiti 16% azalıb

Azərbaycanın dövlət büdcəsinin profisiti 16% azalıb
# 15 dekabr 2011 11:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın dövlət büdcəsinə 10,5 mlrd. manat daxil olub, büdcədən isə 9,9 mlrd. manat vəsait xərclənib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcənin gəlirləri ilə xərcləri arasında ÜDM-in 1,6%-nə bərabər və ya 651,2 mln. manatlıq profisit yaranıb.

Nəticədə, ötən ilin analoji dövrünə nisbətən büdcə gəlirləri 25,3%, xərcləri 29,5% artıb, profisit isə 16% azalıb.

Büdcə xərclərinin 43,7%-i və ya 4,3 mlrd. manatı iqtisadiyyatın inkişafına, 9,5%-i (936,9 mln. manatı) təhsilə, 12,6%-i (1 250,9 mln. manatı) sosial müdafiə və sosial təminata yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR