Bank Of Baku

«Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları» layihəsinin təqdimatı keçirilib

«Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları» layihəsinin təqdimatı keçirilib
# 15 dekabr 2011 12:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində beynəlxalq auditor şirkətlərinin ekspertlərinin, Vergilər Nazirliyinin mütəxəssislərinin, eləcə də azərbaycanlı iş adamlarının iştirakı ilə “Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları” layihəsinin təqdimatı keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi beynəlxalq və regional təşkilatları, ekspertləri cəlb etməklə Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları, həmçinin Azərbaycan Respublikası ilə Avropa Birliyi ölkələri arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli müqavilələr barədə Azərbaycanın iş adamlarına məlumat verməkdir.

Tədbir iştirakçılarına layihəni vergilər nazirinin müşaviri Ələkbər Məmmədov təqdim edib, nazirliyin mütəxəssisləri, o cümlədən “Ernst & Young” və “Deliotte & Touche” beynəlxalq auditor şirkətlərinin ekspertləri müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. İki gün davam edən tədbirdə Vergilər Nazirliyinin mütəxəssisləri iştirakçıları Avropa Birliyində biznesin qeydiyyatı və vergi mühiti sahəsində aparılan siyasətlə tanış edib, “Avropa Birliyinə üzv dövlətlərin hüquqi şəxslərin reyestr şəffaflığı və hüquqi statusları”, “Dörd əsas sərbəstlik: malların, insanların (Şengen), maliyyənin və xidmətlərin sərbəst hərəkəti” mövzularında təqdimatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR