Bank Of Baku

Azərbaycanda əhalinin gəlirləri 19% artıb

Azərbaycanda əhalinin gəlirləri 19% artıb
# 15 dekabr 2011 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% artaraq 27,3 mlrd. manata, onun hər nəfərə düşən məbləği isə 17,6% çoxalaraq 3 014,9 manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 65,8%-i son istehlaka, 8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 24,5%-i isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.

«Əhalinin sərəncamında 25,1 mlrd. manat məbləğində gəlirləri qalıb və keçən ilin müvafiq dövrünə nisbətən bu göstərici 20,3% artıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR