Bank Of Baku

Azərbaycanda pullu xidmətlərin həcmi son bir ildə 7% artıb

Azərbaycanda pullu xidmətlərin həcmi son bir ildə 7% artıb
# 15 dekabr 2011 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 19 128,2 mln. manat məbləğində istehlak malları satılıb və pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçılara keçən ilin müvafiq dövründə olduğundan 10,3% çox və ya 14 454,4 mln. manat həcmində əmtəə satılıb, 7,4% çox, yaxud 4 673,8 mln. manatlıq pullu xidmət göstərilib: «Satılmış malların 8 813,5 mln. manatını və ya 61%-ni ərzaq məhsulları, 5 640,9 mln. manatını qeyri-ərzaq malları təşkil edib».

Əmtəə dövriyyəsinin 14,8%-i hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 39,1%-i bazarlar və yarmarkalar, 46,1%-i isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR