Bank Of Baku

ABŞ Konqresi 2012-ci ilin hərbi büdcəsini bəyənib

ABŞ Konqresi 2012-ci ilin hərbi büdcəsini bəyənib
# 16 dekabr 2011 07:35 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Konqresi ölkənin Müdafiə Nazirliyinin 2012-ci il üçün büdcə planını bəyənib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, sənədin lehinə 86, əleyhinə 13 konqresmen səs verib.

Büdcə planı yaxın günlərdə ABŞ prezidenti Barak Obamanın təsdiqinə göndəriləcək. Müdafiə Nazirliyinin büdcəsi gələn il 662 mlrd. dollar təşkil edəcək ki, bu da 2011-ci ildən 43 mlrd. dollar azdır.

Qanun layihəsində İran və Pakistana qarşı yeni sanksiyaların qəbul edilməsi də nəzərdə tutulur. Bu səbəbdən Pakistan maliyyə yardımı almaq üçün terrorçuluqla mübarizədə ABŞ-la sıx əməkdaşlıq etməlidir.

Müzakirələr zamanı layihəyə bir sıra dəyişikliklər edilib. Onlardan biri terror təşkilatları ilə əməkdaşlıqda günahlandırılan şəxslərin qeyri-müəyyən müddətə saxlanılmasına icazə verir. Bu üzdən hüquq-müdafiə təşkilatları sənədin əleyhinə çıxaraq, onun antikonstitusion olduğunu bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR