Bank Of Baku

ABŞ konqresmenləri dövlət müəssisələrinin maliyyələşdirilməsi məsələsində razılığa gəlib

ABŞ konqresmenləri dövlət müəssisələrinin maliyyələşdirilməsi məsələsində razılığa gəlib
# 16 dekabr 2011 08:14 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Konqresində 30 sentyabr 2012-ci ilədək (cari maliyyə ilinin sonuna qədər) dövlət müəssisələrinin maliyyələşdirilməsi haqqında qanun layihəsinin qəbuluna dair razılıq əldə olunub.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, əmək haqlarına güzəştli vergilərin və işsizliyə görə müavinətlərin saxlanılması məsələlərində isə razılıq əldə olunmayıb. Əgər uzunmüddətli razılığa gəlmək olmasa, bu məsələlərlə bağlı 2 ay müddətinə saziş bağlanacaq.

Demokratlar və respublikaçılar vergi güzəştlərini hansı vasitələr hesabına saxlamaq məsələsində anlaşa bilmirlər. Cari maliyyə ilində dövlət müəssisələrinin maliyyələşdirilməsi haqqında qanunlar paketi dekabrın 17-nə qədər qəbul edilməlidir. Əks halda, yüz minlərlə dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndəriləcək.

Konqresmenlərin razılaşdıra bilmədiyi digər məsələ isə yaxın bir neçə il ərzində dövlət xərclərinin 1 trln. dollar azaldılmasıdır. Müvafiq qanun layihəsi bu gün Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR