Bank Of Baku

«AtaSığorta» şirkəti İcbari Sığorta Bürosuna üzv olub

«AtaSığorta» şirkəti İcbari Sığorta Bürosuna üzv olub
# 16 dekabr 2011 08:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkəti İcbari Sığorta Bürosuna üzv olub. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini İsrail Qarayev bildirib.

İ.Qarayevin sözlərinə görə, şirkət Büroya üzvlük haqqı kimi 200 min manat, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növündən istifadəyə görə isə 200 min manat ödəyəcək.

İ.Qarayevin sözlərinə görə, artıq büronun nizamnaməsi təsdiqlənib, Himayədarlar Şurasının tərkibi formalaşıb (2 nümayəndə Maliyyə Nazirliyi, 3 nümayəndə isə «Atəşgah», «AXA-Mbask» və «Xalq Sığorta» şirkətindən seçilib), həmçinin icraçı direktor təyin edilib.

İ.Qarayev bildirib ki, Maliyyə Nazirliyinin kollegiyasının qərarı ilə İcbari Sığorta Bürosuna üzvlük haqqı 200 min manat, dörd icbari növ üzrə isə fərqli məbləğlər müəyyənləşib. «Belə ki, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» və «Sərnişinlərin icbari sığortası» növlərindən istifadəyə görə (hər biri üzrə) 200 min manat, qalan növlər («Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası») üzrə isə 100 manat ödənilməlidir», - deyə İ.Qarayev qeyd edib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Cari il dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edib. Şirkət 22 könüllü və 5 icbari sığorta növü üzrə məhsullar təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR