Bank Of Baku

«Unibank» gələn həftə yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayacaq

«Unibank» gələn həftə yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayacaq
# 16 dekabr 2011 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 20-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış «Unibank» ASC-nin faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 50 min manat, sayı 400 ədəd, emissiyanın ümumi həcmi isə 20 mln. manat təşkil edir. Emissiya kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edəcək.

İstiqrazların tədavül müddəti 1 080 gün, faiz ödəniş dövrünün müddəti 90 gün, istiqrazlar üzrə gəlirlik isə 11% təşkil edir.

Xatırladaq ki, səhmdarları 11 fiziki şəxs (76,52%), AYİB (15,15%) və DEG Almaniya İnvestisiya Şirkəti (8,33%) olan «Unibank» 1992-ci ildən fəaliyyət göstərir. Cari il dekabrın 1-nə bankın aktivləri 422,25 mln. manat, kredit portfeli 309,4 mln. manat olub. Cari ilin yanvar-noyabr aylarında bankın mənfəəti 4,4 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR