Bank Of Baku

ABŞ Senatı İran Mərkəzi Bankına sanksiyaları təsdiqləyib

ABŞ Senatı İran Mərkəzi Bankına sanksiyaları təsdiqləyib
# 16 dekabr 2011 08:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA-Economics. ABŞ Konqresindən sonra Senat da İranın nüvə proqramını inkişaf etdirməsi ilə əlaqədar bu ölkənin Mərkəzi Bankına sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

APA-Economics”in məlumatına görə, sənədin lehinə 86, əleyhinə isə 13 nəfər səs verib. ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bu sanksiyanın ABŞ-a və onun müttəfiqlərinə təsirinin az olacağını bildirib.

Qeyd edək ki, ABŞ yalnız bu sanksiyanın tətbiqinin dünyada neftin qiymətinin artmasına səbəb olacağından narahatdır. Ona görə də sənəddə ABŞ prezidentinə şəraiti, milli mənafeyi və təhlükəsizliyi nəzərə alaraq planlaşdırılan cəzalardan bəzisini tətbiq etməməyə icazə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR