Bank Of Baku

Azərbaycanda problemli kreditlərin həcmi 38% artıb

Azərbaycanda problemli kreditlərin həcmi 38% artıb
# 16 dekabr 2011 09:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabrın 1-dək Azərbaycanın maliyyə-kredit təşkilatları 9,8 mlrd. manat məbləğində kredit verib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə verilmiş kreditlərin həcmi 7,7% artıb.

Kreditlərin 68,3%-i (6,7 mlrd. manatı) uzunmüddətli, 31,7% (3,1 mlrd. manatı) qısamüddətli olub. Bu tarixə vaxtı keçmiş kreditlərin həcmi kredit portfelinin 6,4%-ni və ya 627 mln. manat təşkil edib.

Ötən ilin analoji tarixi ilə müqayisədə uzunmüddətli kreditləşmə 3,1%, qısamüddətli kreditləşmə 24%, problemli kreditlərin həcmi isə 38,1% artıb.

Qeyd edə kik, noyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 1 avroya 1,07 manat, 100 Rusiya rubluna 2,55 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79, 1,11 və 2,71 manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR