Bank Of Baku

Putin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olması haqqında protokolu imzalayıb

Putin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olması haqqında protokolu imzalayıb
# 16 dekabr 2011 09:40 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın baş naziri Vladimir Putin ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması prosedurunun bitməsi üçün zəruri olan protokolu imzalayıb.

APA-Economics”in xəbərinə görə, hökumət Rusiyanın ÜTT-yə üzv olması haqqında protokol layihəsi bəyənilib və İqtisadi İnkişaf Nazirliyinə ölkə adından sənədi imzalamaq səlahiyyəti verilib.

İmzalanma mərasimi bu gün ÜTT-nin Cenevrədə keçiriləcək Nazirlər Konfransında baş tutacaq. Bundan sonra Rusiyaya daxili ratifikasiya prosedurlarının həyata keçirilməsi üçün 220 gün vaxt veriləcək. Rusiya prezidenti ratifikasiya sənədlərini imzaladıqdan sonra 30 gün ərzində ölkə ÜTT-nin tamhüquqlu üzvü olacaq. Yəni bu proses 23 iyul 2012-ci ildən o tərəfə qalmayacaq.

Xatırladaq ki, ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir. Rusiyanın ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur. Bu səbəbdən 2000-ci ildən ÜTT üzvü olan Gürcüstanın vetosu Rusiyanın quruma üzvlüyünü əngəlləyib. Rəsmi Tiflisin irəli sürdüyü əsas şərt isə Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrində gömrük məntəqələrinə tam nəzarətə sahib olmaqdan ibarət olub. Moskva bu şərtə razılıq vermədiyi üçün Gürcüstan da Rusiyanın ÜTT-yə üzvlüyünə maneələr yaradıb. Tərəflər arasında razılaşma yalnız bu ilin noyabrında əldə edilib.

Adətən, hansısa ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 18 il. Hazırda Rusiya bu beynəlxalq təşkilata üzv olmayan yeganə nəhəng iqtisadiyyatlı ölkədir. Əlcəzair isə ÜTT-yə üzv olmaq üçün 1987-ci ildən danışıqlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR