Bank Of Baku

BVF rəhbəri: “Dünya 1930-cu illərin “Böyük Depressiya”sı ərəfəsindədir”

BVF rəhbəri: “Dünya 1930-cu illərin “Böyük Depressiya”sı ərəfəsindədir”
# 16 dekabr 2011 10:29 (UTC +04:00)
APA-Economics”in “The Guardian”a istinadən xəbərinə görə, bu sensasion bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard çıxış edib.

Onun sözlərinə görə, dünya ölkələri borc böhranını aşmaq üçün fikir ayrılıqlarını aradan qaldırmasalar və birgə işləməyə başlamasalar, bunun nəticəsi çox ağır olacaq.

“Dünya iqtisadiyyatının inkişaf perspektivləri hazırda o qədər də sevindirici deyil və eynən 1930-cu illərdə olduğu kimi çox qaranlıqdır. Amma biz o cür nəticələrin olmasını istəmirik” - deyə K.Laqard qeyd edib.

BVF rəhbəri deyib ki, böhranı ayrı-ayrı dövlət qrupları deyil, bütün dünya həll etməlidir: “Bu dünyada heç bir ölkə böhrandan sığortalanmayıb”.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR