Bank Of Baku

Azərbaycan və İsrail arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında saziş imzalanıb

Azərbaycan və İsrail arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında saziş imzalanıb
# 16 dekabr 2011 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemi qəbul edib.

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı A.Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan danışıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

DGK-nin İsrail Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirən A.Əliyev bu baxımdan tərəflər arasında imzalanacaq sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyinə və tərəflərin inteqrasiyasını sürətləndirəcəyinə əmin olduğunu söyləyib.

Öz növbəsində M.L.Lotem Azərbaycan haqqında böyük təəssüratlar əldə etdiyini söyləyərək, ölkədə iqtisadi tərəqqinin, hərtərəfli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. İki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib, həmçinin gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdən sonra A.Əliyev və M.L.Lotem Azərbaycan və İsrail hökumətləri arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında sazişi imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR