Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 27% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 27% artıb
# 16 dekabr 2011 13:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,3% artaraq 3,675 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə milli valyutada qoyulmuş əmanətlərin həcmi 1 823,3 mln. manat və ya əmanətlərin ümumi həcminin 49,6%-ni təşkil edib. Əmanətlərin 75,9%-i özəl banklarda yerləşdirilib.

Qeyd edək ki, 2011-ci ilin noyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rublu - 2,55 manat, 1 avro - 1,07 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,71 manat və 1,11 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR